Büdcə limiti 3.1% artırılacaq

Formula1 komissiyasının bugünkü iclasında daha bir vacib qərar büdcə limiti ilə bağlı olub.

F-1.az xatırladır ki, komandalar yüksək infilyasiya, artan enerji qiymətləri və və logistika xərclərinə görə təyin olunmuş büdcə limitindən narazı idilər. Limit 3.1% artırılıb və buna yalnız bir komanda etiraz edib.

Həmçinin bildirilir ki, 2023-cü ildə Avropadan kənarda yerləşən traslarda qış testlərinin 3 gündən 4 günə yüksəldilməsinə imkan verən bəzi düzəlişlər ediləcək. Eyni zamanda, 2026-cı ildən qüvvəyə minəcək yeni mühərrik reqlamenti ilə bağlı danışıqlarda müəyyən irəliləyişlərə nail olunub.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*