Rəsmən: Heç bir komanda büdcə limitini aşmayıb

FİA 2022-ci illə bağlı bütün araşdırmaları bitirib və heç bir komandanın büdcə limitini aşmadığı məlum olub.

F-1.az xatırladır ki, bu il büdcə limitinin üçüncü mövsümüdür. Bu qayda FİA tərəfindən sərt formada izlənilir.

Hər mövsüm bitəndən sonra FİA 10 komandadan da sənədlər istəyir. Bu sənədlərlər FİA tərəfindən sıx formada yoxlanılır. Bu təhlil əlsər hallarda sentyabr və ya oktyabr ayına qədər uzanır. Builki yoxlamalar artıq başa çatıb.

FİA açıqlama verib ki, heç bir komanda büdcə limitini aşmayıb və bütün komandalar sertifikat alacaq.

Qeyd edək ki, Red Bull komandası keçən il büdcə limitini 1.8 milyon dollar aşmış və buna görə də 7 milyon dollar pul cəzası və aerdodinamik boruda 10 faiz az işləmə cəzası almışdı.

Qeyd edək ki, büdcə limiti keçən il 135 milyon dolar və əlavə xərclərdən ibarət idi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*