K.Horner: Komandaların çoxu limiti aşa bilər

Xəbər verdiyimiz kimi, Red Bull komandası keçən il büdcə limitini aşdığı üçün 7 milyon dollar və aerodinamik boruda işləməyə 10% məhdudiyyətlə cəzalandırılıb.

F-1.az bildirir ki, Red Bull komandasının rəhbəri bu ilin sonunadək komandaların yarıdan çoxunun büdcə limitini keçəcəyini hesab edir.

Kristian Horner: “Bu il vəziyyət elədir ki, eyni anda 6 komanda limitləri poza bilər. Elektrik enerjisinin qiyməti artır, amma xoşbəxtlikdən bu bizə mane olmayacaq. Formula1 Komissiyasının iclasında bu amili səsləndirənlərin limiti aşma ehtimalları var. Bizə gəlincə, 2022-ci ildə bunu edəcəyimizə inanmıram. Lakin bizə verilən cərimə gələcəkdə problemlər yarada bilər.

Aerodinamik boruda 10% az işləmə cəzası verildi, halbuki, büdcədən 0.37% kənarlaşma olmuşdu. 5% və ya daha çox aşsaydıq, cərimə nə qədər olacaqdı? FİA cüzi aşmaya görə belə cəza verdi. Göstərmək istəyirlər ki, istənilən qanun pozuntusunda sərt mövqe sərgilənəcək”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*