Pirelli növbəti 3 yarışa tərkib seçimini edib

Pirelli şirkəti Bəhreyn, İspaniya və Monako yarışları üçün istifadə olunacaq slik tərkiblərini müəyyən edib. Bəhreyn yarışı üçün komandalar Soft və […]

Pirelli şirkəti Bəhreyn, İspaniya və Monako yarışları üçün istifadə olunacaq slik tərkiblərini müəyyən edib.

Bəhreyn yarışı üçün komandalar Soft və Medium tərkiblərini alacaqlar (məhz bu cütlükdən Avstraliyada istifadə olunmuşdu və Çində istifadə nəzərdə tutulub). İspaniyada mövsümdə ilk dəfə ən bərk tərkib (Hard) Soft-la birlikdə istifadə olunacaq. Nəhayət, Monakoda mövsümdə ilk dəfə Supersoft tərkibini görəcəyik – Soft və SuperSoft.

Reqlamentə əsasən, standart şəraitdə hər bir sürücü altı dəst bərk və beş dəst yumşaq sliklər alır, bundan başqa onlara dörd dəst keçid və üç dəst yağış təkələri də verilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*