Açılmayan şampanın hekayəsi

Alfa Romeo komandası Kanada yarışından əvvəl bazadakı açılmamış xüsusi şampan şüşəsi barədə danışıb.

F-1.az xatırladır ki, komanda qazandığı bütün şampanları bazasında nümayiş etdirir. Lakin açılmamış bir butulka hamının diqqətini cəlb edir. Bu şampan 2008-ci ildə BMW Sauber dövründə Kanada yarışını qazanan Robert Kubitsaya aiddir. Bazaya gələn təzə işçilərə bunun səbəbi başqa cür izah olunub. Onlara Kubitsanın sevindiyindən şampanı açmadşğı deyilib. Lakin komanda bu barədə real hekayəni danışıb: “Bu, Sauber komandasının gözəl bir hekayəsidir. Yeni başlayan işçilərə danışılan hekayə doğru deyil. Qələbədən sonra şampanı kimin götürəcəyi müzakirə mövzusu olmuşdu. Sauber də, BMW də bu xüsusi xatirəni özündə saxlamaq istəyirdi. Təbii ki, bu, içdiyimiz ən dadlı şampan idi. Lakin almanlar butulka mübarizəsində qalib gəldilər”

Bu butulka hazırda BMW-in Münxendəki bazasında nümayiş etdirilir. Formula1 şampanın bir dublikatını çıxararaq Sauber-in İsveçrədəki bazasına göndərib: “Həmin gün bu dəyərli xatirəni tərəfdaşımıza verdik. Bunu təvazökarlıqla etdik və gələcəkdə daha gözəl xatirələrimizin olmasını istədik. Kubok isə bizdə qaldı”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*