X.Puxolar: Əlavə pullar bizim üçün vacibdir

Alfa Romeo komandasının baş yarış mühəndisi bildirib ki, gələn mövsüm lap çətin olacaq.

F-1.az xatırladır ki, Alfa Romeo komandası bu il 6-cı yeri tutaraq, əlavə bonuslar qazanıb.

Xevi Puxolar: “Bu bizim üçün vacibdir, çünki gələn il rəqabət daha da artacaq. Bundan başqa üzərində işləməli olduğumuz sahələr var. Zəif yönlərimizin olduğunu gördük.

Mövsümün əvvəlində bəzi sahələrdə güclü idik, amma gələn mövsüm elə startdan çətin olacaq. Hamı bir-birinə yaxındır. Buna görə də daha yaxşı hazırlanmalıyıq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*