Əfsanəvi Ser Frənk Vilyams Dünyasını dəyişib

Williams komandasının qurucusu və sabiq rəhbəri Frənk Vilyams 79 yaşında dünyasını dəyişib.

F-1.az xatırladır ki, britaniyalı əfsanəvi rəhbər 1977-ci ildə Williams komandasını qurmuş və 2020-ci ilə qədər orada rəhbər vəzifəsində işləmişdi. Bu müddətdə komnda ilə doqquz dəfə Mühəndislər Kubokunun, yeddi dəfə isə Sürücülər Çempionatının qalibi olmuş, 114 yarış qazanmışdı. Düzdür, o 2012-ci ildən bəri komanda ilə yarışlara elə də çox gəlmirdi və işlərə qızı Kler Vilyams nəzarət edirdi.

Williams komandası əfsanəvi rəhbərin ölümü barədə belə açıqlama yayıb: “Vilyams ailəsi olaraq Williams Racing-in qurucusu və sabiq komanda rəhbəri Frənk Vilyamsın 79 yaşında öldüyünü açıqlayırıq və çox məyusuq. Sir Fenk cümə günü xəstəxanaya aparıldı və bu gün dünyasını dəyişdi. Onun üçün çox darıxacağıq.

Formula1-in rəhbəri Stefano Domenikali: “Səhər Kler Vilyams mənə zəng elədi və atası Frənkin öldüyünü xəbər verdi. O, həyatda çox çətinlikləri dəf etmişdi və idmanımızın ən böyük simalarından biri idi. Formula1-in çox hörmətli adamlarından birini itirdik. Onun üçün darıxacağıq. Uğurları və şəxsiyyəti idmanımızın bir parçası olaraq qalacaq. Bu çətin günlərdə ağlım Vilyams ailəsinin yanında olacaq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*