P.Qasli: Dördüncülüyü Sennaya həsr edirəm

AlphaTauri komandasının sürücüsü Pyer Qasli bildirib ki, sıralanma turunda tutduğu dördüncü yeri Ayrton Sennaya həsr edib.

F-1.az bildirir ki, Qasli bu Emiliya Romanya Qran Prisində Ayrton Sennanın dəbilqəsi ilə çıxış edir. Fransalı sürücü komandasının ev trası olan İmolada sırqlanma turunda 4-cü olub və Formula1 karyerasındakı ən yaxşı sıralanma nəticənsini əldə edib.

Pyer Qasli: “Mənim üçün əla gün idi. Sıralanma turunda komanda üçün əlimdən gələni etdim. Sıralanma turunda ən yaxşı nəticəmi əldə etdim. Bunu İmolada etmək xüsusidir.

Uşaqlıqdqn Ayrton Sennanın fanatı olmuşam və buna görə də bu dəbilqə dizaynı ilə çıxış edirəm. O mənim ideallarımdan biridir. Buna görə də həm mənim üçün, həm də komanda üçün əla nəticədir. Çünki bazamız bu trasdan 15 kilometr məsafədədir. Həftəsonuna əla başladıq.

Orta qrup bir-birinə yaxındır. Dördüncü yerlə onuncu yer arasında 0.3–0.4 saniyə fərq var. Buna görə də start vacibdir. Daniel, Şarl və digərləri ilə çətin mübarizə olacaq. Görək nə olur”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*