P.Qasli: Nə gözəl yarış idi!

Alpine komandasının sürücüsü Pyer Qasli bildirib ki, podium qazandığı üçün çox sevinclidir.

F-1.az xatırladır ki, fransalı sürücü Niderland yarışında güclü performans göstərib və bu il keçdiyi Alpine komandasında ilk dəfə podiuma yüksəlib. Bu, onun karyerasındakı 4-cü podiumudur.

Pyer Qasli: “Nə gözəl yarış idi! Yay tətilindən qayıdış həmişə çətin olur. Hər yarış irəliyə getməyə çalışırıq.

Bir az dincəlmək və geri qayıtmaq üçün əla zaman idi. Üçüncü olduğumuz üçün bütün komanda adına sevinirəm”.

Pyer Qasli yarışın əvvəlində pit yolunda sürət həddini aşdığı üçün 5 saniyə zaman cəzası almış və geriyə düşmüşdü. Yarışın sonunda isə Serxio Peresin eyni səhvə görə cəza alması ilə podiuma yüksəldi.

Pyer Qasli: “Yarışın əvvəlində 5 saniyə zaman cəzası aldığım üçün çox məyus idim. Buna görə də düşünürəm ki, hesab 1-1 oldu. Yarışın sonlarında Pereslə 5 saniyə fərqi qorumaq üçün əlimdən gələnu etdim və bunu bacardım. Çox uzun yarış oldu. Yarış əvvəldən sərt mübarizə şəraitində keçdi”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*