O.Piastri yeni formatdan razıdır

McLaren komandasının sürücüsü Oskar Piastri bildirib ki, hər yeni format maraqlı ola bilər.

F-1.az xatırladır ki, ilk dəfə Azərbaycanda Sprint Shootout formatı tətbiq ediləcək. Avstraliyalı pilot yeni formatı səbirsizliklə gözləyən sürücülərdən biridir.

Oskar Piastri: “Yeni format əvvəlki sprint formatından daha yaxşı olacaq. Həftəsonunu daha həyəcanlı edərmi, bilmirəm, amma bazargünkü sıralanmaya təsir etməyəcəyi üçün riskə gedə bilərik. Əminəm ki, hamı məntiqli hücumlar edəcəklər, çünki heç birimizin milyon dənə ehtiyat hissəsi yoxdur. Amma əvvəlindən daha yaxşı olacaq.

İlk səkkiz sürücüyə xal verilməsi bir az pisdir. Sıralanma turu pis keçsə, bunu kompensə etmək mümkünsüzdür, amma normal həftəsonunda da olmur. Buna görə də yeni format şənbə günü sizə əlavə şanslar və risklər verir. Amma normal həftəsonu ilə müqayisədə çox dəyişiklik yoxdur.

Əsas sıralanma turu cümə günüdür və məncə, bu yarışı daha həyəcanlı edir, çünki artıq 3 yox, bir sərbəst yürüşlərimiz var”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*