O.Piastri: İlk mövsümdə podium qazanmaq xüsusi haldır

McLaren komandasının sürücüsü Oskar Piastri debüt mövsümündə podium qazandığı üçün çox sevinclidir.

F-1.az xatırladır ki, Red Bull komandası Yaponiyada gözlənildiyi kimi zirvəyə qayıdıb. Lakin McLaren komandası da Suzukada yaxşı təsir bağışlayıb və dubl podium ediblər. Oskar  Piastri isə debüt mövsümündə karyerasının ilk podiumunu qazanıb.

Oskar Piastri: “Qətiliklə deyə bilərəm ki, xüsusi hissdir. Bunu uzun müddət xatırlayacağam. Mənə bu fürsəti verdikləri üçün komandama nə qədər təşəkkür etsəm də, azdır.

Dünyada bu fürsəti əldə edəcək adam çox  deyil və mən bunu ilk mövsümümdə əldə edə bildim. Buna görə də komandama təşəkkür edirəm.

Ən yaxşı yarışım deyildi, amma yarışın ikinci hissəsində faha yaxşı temp tutdum. Tempim bir az yaxşı idi və podiuma çıxmaq üçün yetərli oldu. Bəli, çox sevincliyəm və daha artığını əldə etmək üçün həyəcanlıyam”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*