N.Pike FİA-nı keçən il xəbərdar edibmiş

Nelson Pike keçənilki Sinqapur yarışındakı qəza barədə yarış direktoru və FİA-nın nümayəndəsi Çarli Uaytinqi hələ keçən il, mövsümün son yarışında, […]

Nelson Pike keçənilki Sinqapur yarışındakı qəza barədə yarış direktoru və FİA-nın nümayəndəsi Çarli Uaytinqi hələ keçən il, mövsümün son yarışında, İnterlaqosda məlumatlandırıbmış, amma o zaman heç bir tədbir görülməyib. FİA qalmaqallı qəzaya yalnız bu il onun oğlu Nelsinyonun rəsmi bəyanatından sonra qayıdıb. Britaniyanın Daily Mirror qəzeti sürücünün atsının avqustun 17-də Quest detektiv agentlyinin nümayəndəsinə bildirdiklərini dərc edib…

Nelson Pike: “Sinqapurda insident baş verərkən, mən Nelsinyoya müraciət etdim və təsdiq etdi ki, komandaya kömək məqsədilə bu qəzanı törətməyi ondan xahiş ediblər. Mən dedim ki, “axı sən zədələnə bilərdin, başqaları da zədə ala bilərdilər”, o isə dedi ki, “mən bilirəm ki, bu düzgün deyil.” Braziliyada mən bu barədə Çarliyə xəbər verdim.”

FİA-nın nümayəndələri bildiriblər ki, Çarli Uaytinq dərhal Maks Mosliyə xəbər veribmiş, amma araşdırma Nelsinyonun rəsmi bəyanatından sonra başlana bilərdi…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*