Finişdən sonra Yuki restart zamanı maşınını start yerində düzgün yerləşdirmədiyinə görə mövqeyini itirə bilərdi, lakin buna görə cəza verilmədi. Stüardlar hesab ediblər ki, yaponiyalı sürücünün maşını start mövqeyinin hüdudları daxilində olub. Tsunoda üçün bu, cari mövsüm Formula1-ə qayıdışından sonra qazandığı ilk xaldır.
Yuki Tsunoda: “Bu gün yaxşı yarış alındı. Nəticəyə və yenidən xal qazanmağıma çox sevinirəm. Tez bir zamanda sürət toplamağıma kömək etdikləri üçün Racing Bulls komandasındakı hər kəsə böyük təşəkkürümü bildirirəm.
Medium təkərlərin finişə qədər tab gətirib-gətirməyəcəyindən bir qədər narahat idim, amma onlar düşündüyümdən daha yaxşı vəziyyətdə oldular. Maşının yeni tərəflərini öyrənmək və hər fürsətdə inkişaf etməyə davam etmək mənim çox xoşuma gəlir.
Gələcəkdə sükan arxasına keçmək şansım olsa, hazır olacağam. Amma ən vacibi odur ki, Ayzek Həcər sağalır və mən ona ən xoş arzularımı çatdırıram”.





