Norris: İlk onluğa daxil olacağımızı gözləmirik

Barselonada McLaren sürücüləri təsnifat mərhələsində təsirli nəticələr göstərsələr də, yarışda xal qazana bilməyiblər - Lando Norris yarışa 3-cü mövqedən başlayıb və komandanın nəzərəçarpacaq addım atdığını güman etmək olardı, lakin İspaniya Qran Prisi zamanı bu, üzə çıxdı ki, bu heç də belə deyil.

F-1.az xəbər verir ki, Lando üçün elə əvvəldən işlər yaxşı getməyib, çünki 2-ci döngədə o, Lyuis Həmiltonun Mercedes-i ilə təmas yaşayıb və maşınının ön qanadını sındırıb və dərhal yeni burun elementi üçün pitə getməyə məcbur olub. Yekunda isə finişdə17-ci yeri tutub.

Ancaq Norrisin sözlərinə görə, yarışın əvvəlində problemdən qaça bilsə də, yəqin ki, onun xal qazanmaq şansı heç olmayıb. Bu, komanda yoldaşı Oskar Piastrinin sıralanma turunda 10-cu olmasına baxmayaraq, onun finişdə 13-cü nəticəsi ilə qismən təsdiqlənir.

“Məsələ ondadır ki, biz ləngik və mövsümün əvvəlindən ləng olmuşuq, – deyə britaniyalı yarışın bədbin nəticələrini şərh edib. – Buna əlavə ediləcək bir şey yoxdur. Təsnifat mərhələsində maşın tam olaraq eyni idi, lakin şənbə xüsusi gün idi, çünki yaxşı komandaların bəziləri çətinlik çəkirdi, bəzi geridə qalanlar isə tapşırığın öhdəsindən daha yaxşı gəlirdilər.

Bir çox insanın səhv etdiyi və biz bundan istifadə etdiyimiz qəribə bir gün idi. Biz çətin yarışda olduğumuzu qabaqcadan görürdük, çünki biz Alpine, Aston Martin və ümumilikdə bütün ilk beş komanda kimi sürətli deyilik, ona görə də xallara inanmağın mənası yoxdur.

Biz yüz dəfə demişik ki, Bakıda təqdim olunan yeniliklər sadəcə olaraq altlığın modernləşdirilməsi işində fərqli istiqamət, fərqli ideologiyadır, amma sürəti xeyli artıracağına söz verməmişik. Ola bilər ki, biz ən çox 0.05 saniyə və ya 0.1 saniyə əlavə etmişik, lakin bir çox komandalar bütün son yarışlar üçün yeni elementlər hazırlayırdılar, amma biz yox.

Biz xal qazanmaq üçün əlimizdən gələni edirik və uğur qazansaq, onu çox uğurlu gün hesab edirik. Amma hələlik vəziyyət elədir ki, ilk onluğa düşəcəyimizi gözləmirik. Silverstounda növbəti yeniliklər dəstini təqdim edəcəyik və o vaxta qədər biz əlimizdən gələni etməyə davam edəcəyik, ona görə də bu baxımdan hər şey sadədir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*