L.Norris koronavirusa yoluxub

McLaren komandasının sürücüsü Lando Norris koronavirusa yoluxub.

F-1.az bildirir ki, britaniyalı sürücü özünü Dubayda ətrafdan tədric edib. McLaren komandası bu barədə belə açıqlama verib: “Lando Norris tətildə olduğu Dubayda koronavirusa yoluxub. O, dadbilmə və qoxubilməsini itirdikdən sonra testə girib və komandaya məlumat verib. Lando yerli qaydalara görə özünü 14 gün ətrafdan tədric edəcək. Hazırda özünü yaxşı hiss edir və başqa heç bir simptom yoxdur”.

Lando Norris: “Dadbilmə və qoxubilməmi itirdikdən sonra özümü təcrid etdim və testim pozitiv çıxdı. Buna görə də hamıya buni dedim. Özümü yaxşı hiss edirəm və başqa simptom yoxdur”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*