N.Hauq şayiələri təkzib edib

Müasir Formula1-i Mercedes-siz təsəvvür etmək mümkün deyil: konsern çempionatda üçüncü mövsümdür Mercedes AMG zavod komandası ilə çıxış edir və öz […]

Müasir Formula1-i Mercedes-siz təsəvvür etmək mümkün deyil: konsern çempionatda üçüncü mövsümdür Mercedes AMG zavod komandası ilə çıxış edir və öz komandası ilə birlikdə McLaren və Force İndia komandasını əla Mercedes AMG High Performance Powertrains motorları ilə təchiz edir.

Buna baxmayaraq, son günlər şayiələr gəzir ki, Ştutqart konserni Formula1-i tərk etmək barədə düşünür, çünki yeni Razılıq Müqaviləsinin imzalanmasında Berni Ekklstounla bəzi strateji məsələlərdə razılaşmır. Biz bu gün Londonun The Times qəzetində dərc olunan məqalə barədə xəbər vermişdik, amma bir qədər sonra Mercedes Motorsport-un başçısı şayiələri təkzib edib.

Qəzet bildirirdi ki, Mercedes Formula1-i tərk etmək imkanlarını və bunun dəyərini araşdırır. Nəzəri olaraq cari Razılıq Müqaviləsinin müddəti bu ilin sonunda başa çatır və formal olaraq Formula1-i tərk etmək problem olmayacaq. Amma digər tərəfdən müəyyən çətinliklər var: Mercedes AMG komandasının Brəklidəki bazasının (470 nəfər) və Briksuortdakı motor bazasının (400 nəfər) bağlanması konsernə baha başa gələcək – 870 nəfər iş yerini itirəcək.

Almaniyanın Auto Motor und Sport jurnalı güman edir ki, The Times-da dərc olunan yazının arxasında Ekklstoun dayanır. Beləki, Berni özünəməxsus yolla komandanın rəhbərliyini razı salmaq istəyir. Tərəflər arasındakı düşmənçilik heç bir tərəfin planında yoxdur…

Norbert Hauq: “Qəzetdə yazılanlar həqiqətə heç uyğun deyil!”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*