N.de Vriz: Lekler hərtərəflidir

Formula2 üzrə 2019-cu ilin Dünya Çempionu Nik de Vriz bildirib ki, Şarl Lekler istənilən trasda güclüdür.

F-1.az xatırladır ki, Nik de Vriz Formula2-də Lekler, Rassel, Norris və Elbon kimi sürücülərlə rəqib olub.

Lekler 2017-ci ildə Formula2 üzrə Dünya Çempionu olduqdan sonra 2018-ci ildə Alfa Romeo ilə Formula1-də debüt etmiş və 2019-cu ildə Ferrari-yə transfer olunmuşdu.

Nik de Vriz: “Şarl yarışdığım ən sürətli sürücü idi. O, hərtərəfli pilotdur. Bolidə tez uyğunlaşır. Bu xüsusiyyətlərinə görə rəqiblərindən fərqlənir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*