F.Tost: Nikdən çox şey gözləyirik

F-1.az xəbər verir ki, Alpha Tauri-nin rəhbəri Frants Tost qarşıdan gələn mövsümdə komandaya yeni qoşulan Nik de Friz barədə danışıb.

Frants Tost: “Nik komandamıza gəlir və maşınımızın düzgün işləyəcəyi təqdirdə ondan çox şey gözləyirəm. O, Əbu Dabidəki testlərdə yaxşı çıxış edərək komandanı keyfiyyətli rəylərlə təmin etdi. Niki qarşıdakı mövsümə yaxşı hazırlayacağıq. Mövsümöncəsi testlər başlamazdan əvvəl o, təkər testləri üzərində işləyəcək və əlavə olaraq, 2 xüsusi sınaq yürüşləri də onu gözləyir. Mövsümün əvvəlinə qədər 3-4 min kilometrə qədər sürmək imkanı olacaq. Bu, Nikə yaxşı hazırlaşmağa kömək etməlidir”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*