Frants Tost: Şəxsən mən Mik Şumaxeri çox yüksək qiymətləndirirəm

Frants Tost bildirib ki, AlphaTauri komandası Mik Şumaxerin namizədliyini nəzərdən keçirib, lakin sonda fərqli seçim ediblər və 2023-cü ildə Nik de Friz Faenzadan olan komandada çıxış edəcək.

F-1.az xəbər verir ki, Pyer Qasli Alpine komandası ilə müqavilə imzaladıqdan sonra AlphaTauri komandası Red Bull ilə birlikdə ona əvəzləyici axtarıb. Tost Almaniyanın RTL telekanalına müsahibəsində təsdiqləyib ki, əvvəlcə amerikalı Kolton Herta, daha sonra Şumaxer onların diqqət mərkəzində olub.

Frants Tost: “Mənim təşəbbüsümlə biz artıq onun namizədliyini müzakirə etməyə başlamışdıq. Əminəm ki, Mik istedadlı sürücüdür, o, Formula1-də uğurlu karyera qurmaq üçün bütün lazımi keyfiyyətlərə malikdir, ona görə də onu maşınımızın sükanı arxasına oturtmağa qarşı deyildim.

Ancaq bu, siyasi səbəblərə görə həyata keçirilmədi və problem onun bir vaxtlar Ferrari-nin gənc sürücülər proqramında olması idi. Amma şəxsən mən onu çox yüksək qiymətləndirirəm”.

Nəticədə Mik Şumaxer Mercedes-lə müqavilə imzalayıb və bu mövsüm o, bir ildən sonra yarışlara qayıtmaq ümidi ilə Ştutqart konserninin zavod komandasında ehtiyat pilot kimi xidmət edəcək.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*