F.Tost: Nik de Frits qələbə necə qazanılır bilir

Niderlandlı sürcü bu mövsüm hələ də xal qazana bilməyən iki süücüdən biri olaraq qalır. AlphaTauri-nin rəhbəri sürücüsünü dəstəkləyir.

F-1.az xəbər verir ki, Frants sürücüsünün özünə gələcəyinə və nəticələrinin düzələcəyinə şübhə etmir.

Frants Tost: “Mən həmişə demişəm ki, bizim dövrümüzdə sürücülər üçün Formula1-də debüt etmək daha çətindir. Niyə? Çünki mövsümün əvvəlində tanımadıqları traslarda çıxış edirlər.

Nik Melburnda, Səudiyyə Ərəbistanında, Mayamidəki trasları tanımırdı, Bakıda üstəlik sprint mərhələsi var idi və yeganə məşqdən dərhal sonra sıralanma turu baş tutdu. Nəticədə sürücünün Formula1-ə alışması çox çətin olur.

Mən Nikə dedim ki, o, diqqətini cəmləməli və özünəinamlı qalmalıdır, çünki hamımız bilirik ki, o, öz işini yaxşı bacarır. O, Formula3 və Formula2-də qalib gəlib, Formula E-də dünya çempionu olub. Belə nəticələr o deməkdir ki, de Friz yarışları və titulları necə qazanacağını bilir.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*