23 Sentyabr 2019, Bazar ertəsi - 09:23

M.Uitmarş FOTA-ya başçılıq edəcək

M.Uitmarş FOTA-ya başçılıq edəcək

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

10:24 - 23 Yanvar, 2010

Bu gün Formula1 komandalarının assosiasiyası (FOTA) rəsmən təsdiq edib ki, McLaren komandasının başçısı Martin Uitmarş təşkilata 2010-cu ildə başçılıq edəcək… […]

Bu gün Formula1 komandalarının assosiasiyası (FOTA) rəsmən təsdiq edib ki, McLaren komandasının başçısı Martin Uitmarş təşkilata 2010-cu ildə başçılıq edəcək…

Hələ keçən ilin sonunda xəbər yayılmışdı ki, Uitmarş bu vəzifədə səlahiyyətləri dekabrın sonunda başa çatacaq Luka di Montedzemolonu əvəz edəcək. Stefano Domenikali FOTA-nın vitse-prezidenti seçilib, Kristian Horner idman reqlamenti üzrə işçi qrupa, Ross Braun isə texniki reqlament üzrə işçi qrupa rəhbərlik edəcəklər.

FOTA-nın bəyanatında deyilir: “FOTA-nın bütün üzvləri Luka di Montedzemoloya asssosiasiyanın sədri vəzifəsində əməyinə görə minnətdarlıq edirlər. Həmçinin, təşkilatın ilk ilində onun işinə kömək etmiş hər bir kəsə təşəkkür edirik. Assosiasiyanın üzvü olan komandalar Martin Uitmarşla işləməyə və Formula1-in maraqlarına xidmət edən fəaliyyət dairəsini genişlətməyə hazırdırlar.

Assosiasiyanın hər bir üzvü icraiyyə komitəsində və işçi qruplarda öz nümayəndələri ilə təmsil olunacaqlar…”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 256
Teqlər
Paylaş

logo