M.Uebber növbəti əməliyyata hazırlaşır

Macarıstan Qran Prisindən sonra çempionatda başlayacaq avqust fasiləsi zamanı Mark Uebber növbəti cərrahiyə əməliyyatına gedəcək: onun sağ ayağından sonuncu titan […]

Macarıstan Qran Prisindən sonra çempionatda başlayacaq avqust fasiləsi zamanı Mark Uebber növbəti cərrahiyə əməliyyatına gedəcək: onun sağ ayağından sonuncu titan vintlər çıxarılacaq. Xatırladaq ki, keçən ilin sonunda avstraliyalı sürücü yol qəzasına uğrayaraq ciddi zədələr almışdı…

Mark Uebber: “Vintləri avqustda çıxaracaqlar, amma titan mil mövsüm başa çatdıqdan sonra çıxarılacaq. Elə onda da baldırımdakı qalınlıq gedəcək.

Etiraf edim ki, mövsümün əvvəlində sağalmağıma ümidim çox idi. Tam aydındır ki, ayağım hələ tam sağalmayıb və tezliklə sağalmayacaq da. Hələlik hər şeyi metal mil saxlayır.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*