Peres və Çjou cərimələniblər

Red Bull komandasının sürücüsü Serxio Peres və Alfa Romeo-dan Quanyu Çjou yeni daxiliyanma mühərriyinə keçdikləri üçün cərimələniblər.

F-1.az bildirir ki, hər iki sürücü buna görə yarışın startında 5 yer itirəcək. Qeyd edək ki, Peres Sinqapurda qazanıb və Yaponiyada ikinci yeri tutub. Bununla da çempionatda Lekleri bir xal da olsa, qabaqlayır.

Bundan başqa Corc Rassell və Aleks Elbon builki son – dördüncü – ötürmələr qutusuna keçiblər.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*