N.Rosberq Ostində yağışlı hava görmək istəmir

Niko Rosberq bu il Ostində yağışlı hava görmək istəmir...

F-1.az xatırladır ki, almaniyalı sürücü keçən il yağışlı havaya görə yarış vaxtı tras xaricinə çıxmışdı və qələbəni Həmiltona hədiyyə etmişdi.

Rosberq bu il Ostində yaxşı hava şəraiti görməyə ümid edir: “Önümüzdə 4 yarış var. Ümid edirəm ki, yarışlar hamıya həzz verər. Bizi mükəmməl tras gözləyir. Trasın bəzi yerləri bizim üçün çətin olsa da, ötmə etmək mümkündür.

Keçən il burada işlər yolunda getmədi. Buna görə də bu il burada yaxşı nəticə almaq istəyirəm. Ümid edirəm ki, keçənilki kimi pis hava olmaz. Mən daha çox azarkeşlərə görə quru havanın olmasını istəyirəm, çünki keçən il bizi yağışda izlədilər. Buna görə də onlar yaxşı havaya layiqdirlər. Onlar bizi yaxşı qarşılayırlar. Buna görə də həyəcanverici şou izləməyə layiqdirlər. Bunun üçün əlimizdən gələnin ən yaxşısını edəcəyik”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*