14 Dekabr 2019, Şənbə - 17:18

M.Şumaherin köhnə Mercedes-i satılır

M.Şumaherin köhnə Mercedes-i satılır

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

08:07 - 02 Avqust, 2009

Üç həftədən sonra Mixael Şumaher Formula1-ə qayıtmalıdır və özünün 251-ci Qran Prisinin startına çıxacaq, elə təəssürat yaranır ki, bu qayıdışdan […]

Üç həftədən sonra Mixael Şumaher Formula1-ə qayıtmalıdır və özünün 251-ci Qran Prisinin startına çıxacaq, elə təəssürat yaranır ki, bu qayıdışdan hamı udacaq: Valensiya yarışının təşkilatçıları, televiziya, azarkeşlər, avtoidman atributikasının satıcıları və əlbəttə ki, Ferrari komandası. Bununla siyahı qurtarmır: Motorsport Total saytının verdiyi məlumata görə, Berlindən olan köhnə maşınların bərpası ilə məşğul olan birisi internet hərraca 1992-ci ilin buraxılışı olan Mercedes-Benz 320 TE maşınını çıxarıb, satıcının sözlərinə görə, maşın vaxtilə Mixaelə məxsus olub…

Məlumatda deyilir ki, Şumaher bu maşında yarım il gəzib, maşının üzərindəki sənədlərdən isə məlum olur ki, maşın həqiqətən Kerpen şəhərində qeydiyyatdan keçmiş və Mixael Şumaherə məxsus olan MS Motorsport şirkətinə məxsus olub.

sh-merc2

Maşının xüsusiyyətləri arasında avtomatik ötürmələr qutusunu, dəri salonu və klimat-kontrolu qeyd etmək olar, maraqlıdır ki, maşının start dəyəri cəmi 520 Avrodur…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 405
Teqlər
Paylaş

logo