M.Mosli fasilə götürüb, FİA FOTA-nı məhkəməyə veri

Sabah hamının gözlədiyi gələn ilin dünya çempionatının iştirakçılarının siyahısının dərc olunması təxirə salınıb. FİA dünən alternativ çempionatın təşkil olunmasını elan […]

Sabah hamının gözlədiyi gələn ilin dünya çempionatının iştirakçılarının siyahısının dərc olunması təxirə salınıb. FİA dünən alternativ çempionatın təşkil olunmasını elan etmiş FOTA-nı məhkəməyə verməyi qərara alıb və hüquqi prosedurlar başa çatana kimi siyahı dərc olunmayacaq. Maks Mosli fasilə götürüb…

Federasiyanın bəyanatında deyilir: “FİA-nın hüquqşünasları FOTA-nın alternativ çempionatın elan olunması barədə bəyanatını öyrənirlər. FOTA-nın hərəkətləri ümumilikdə və Ferrari-nin fərdilikdə qanun pozuntusudur, beləki onlar bilərəkdən öhdəliklərin yerinə yetirilməsindən boyun qaçırırlar. Söhbət Ferrari-nin hüquqi öhdəliklərinin birbaşa pozulmasından və rəqabət haqqında qanunun ciddi pozulmasından gedir. FİA tezliklə uyğun ədliyyə sənədlərinin hazırlanması ilə məşğul olacaq.

Formula1-in gələn il dünya çempionatına FİA-nın hazırlığı davam edir, amma iştirakçıların son siyahısının dərci təxirə salınıb, hələlik FİA öz qanuni hüquqlarını sübut edir.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*