M.Salo: “Mən Rolandı unutmayacam” (video)

On səkkiz il əvvəl San Marino Qran Prisinin sıralanma turunda avstriyalı sürücü Roland Ratsenberger həlak olmuşdu, qara uim-endin ilk qurbanı […]

On səkkiz il əvvəl San Marino Qran Prisinin sıralanma turunda avstriyalı sürücü Roland Ratsenberger həlak olmuşdu, qara uim-endin ilk qurbanı kimi tarxiə düşmüşdü. Bir gün sonra yarışda Ayrton Senna qəzaya düşərək dünyasını dəyişmişdi. Məhz əfsanəvi braziliyalı sürücünün ölümü Rolandın qəzasını informasiya dənizində boğmuşdu, amma Rolandın köhnə dostu finlandiyalı sürücü Mika Salo onu hələ də unuda bilmir…

rol2
Mika Salo: “Mən və Roland köhnə doqtlar idik və hələ Formula1-ə qədər başqa seriyalarda birlikdə çıxış edirdik. Roland çox səmimi insan idi, istənilən anda ona müraciət etmək olard, məsləhət verməyə həmişə hazır idi. Mənim həyatımda belə insanlar çox az olub, bəlkə də heç olmayıb. İndi belə insanlara rast gəlmək olmur. Biz tez-tez bir-birimizə qonaq gedirdik, ailəvi dostluq edirdik, yəni sadəcə yoldaşlıq etmirdik, biz dostluq edirdik – bərk kişi dostluğu. Yadımdadır, biz hələ Yaponiyada çıxış edərkən vaxtlarımızı çox şən keçirirdik. Biz bir mənzil kirayələmişdik və praktiki olaraq istirahət günlərini birlikdə dincəlirdik.

1994-cü ilin İmola uik-endini xatırlamaq mənim üçün həmişə ağırdır – biz iki gözəl insanı itirdik. Sennanı elə də yaxından tanımırdım. Ona görə də ən yaxın dostuçun ölümü məni daha çox sarsıtmışdı. Həmin günlərdə mən Avropada deyildim, Yaponiyada yarışdaydım, komandanın tərk edib dəfnə də gələ bilmədim. Qəzanı televizorda görəndə baaş düşdüm ki, nəticəsi ağır olacaq – Rolandın ölümünün rəsmən elan olunmasına qədər artıq bilirdim ki, sağ qalmaq şansı minimumdur. Onun qan içində olan şleminə baxmaq kifayət idi.

rol3
Mən bilirdim ki, Rolandın varlı sponsorları yoxdur, öz üzərində çox çalışır ki, Formula1-ə gəlib çıxsın. Nadir sürücülərdən deyildi, amma bütün qüvvəsini səfərbər etməklə yaxşı nəticələr göstərməyə qadir idi. Çox risk edirdi ki, avtoidmanda hörmət qazansın, məncə, elə həmin gün də risk etmişdi.

Rolandın ölümünü xatırlamaq mənə çox ağırdır, amma hər dəfə hamı İmolada Sennanın öldüyü yerə gül və əklil qoyanda, mən gülləri Rolandın qəzası olan yerə qoyuram.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*