Mövsüm Bakıda başlayacaq?

Formula1 üzrə 2020-ci il mövsümü Bakıda başlaya bilər.

F-1.az xatırladır ki, koronavirusa görə Avstraliya yarışl ləğv edilib. Növbəti həftə keçiriləcək Bəhreyn yarışının da ləğvi və ya təxirə salınması gözlənilir. Mövsümün üçüncü yarışı Vyetnamda keçirilməlidir. Ancaq orada da xəstəlik çox yayılıb. Bundan başqa virus Avropa ölkələrində də günü-gündən artır. Buna görə də növbəti Hollandiya, İspaniya və Monako yarışları da təxirə salına bilər.

Britaniya mətbuatı xəbər verir ki, Ross Braun komandalarla mövsümün nə vaxt başlayacağı ilə bağlı müzakirə aparıb. Komandalar mövsümün Bakıda başlamasını istəyirlər. Bu isə o deməkdir ki, Hollandiya, İspaniya və Monako yarışları da təxirə salınacaq. Təxirə salınan yarışların yay tətilində keçirilməsi gözlənilir…

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*