Motor qaydasındadır

Spa yarışının son dövrələrində Rubens Barrikello sürətini azaltmalı olmuşdu. Yağın axması üzündən maşının arxasından qorxulu ağ tüstü çıxırdı, hamı güman […]

Spa yarışının son dövrələrində Rubens Barrikello sürətini azaltmalı olmuşdu. Yağın axması üzündən maşının arxasından qorxulu ağ tüstü çıxırdı, hamı güman edirdi ki, braziliyalı sürücü yarışı yarımçıq dayandıracaq, amma o yarışı yeddinci yerdə başa vurdu və finişdən sonra maşın od tutub yanmağa başladı.

Komanda insidenti araşdırıb və məlum olub ki, Rubensin maşınındakı Mercedes motoru qaydasındadır. Twitter.com saytındakı öz bloqunda Rubens bu məlumatı təsdiq edib…

Rubens Barrikello: “Komanda mənə bildirib ki, yanğından sonra motor qaydasındadır, ötürmələr qutusu ilə də problem olmamalıdır, amma bu barədə əminliklə şənbə sərbəst yürüşlərindən sonra danışmaq mümkün olacaq.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*