Montsadakı yarışa azarkeşlər buraxılacaq?

İtaliya Qran Prisinin təşkilatçıları koronavirus pandemiyasına baxmayaraq, yarışın azarkeşlərlə baş tutması arzusundadırlar.

F-1.az AD.nl portalına istinadən xəbər verir ki, promouterlərin belə fikrə gəlməsinin səbəbi İtaliyada bunu qadağan edən rəsmi qərarın olmamasıdır. Hökumət 2 aylıq sərt karantin qaydalarını artıq ləğv edir. Sərhədlərin iyunun ilk günlərində açılması və futbol üzrə İtaliya çempionatı (A Seriyası) iyunun ortalarından etibarən davam etdirilməsi planlaşdırılıb. Lakin kütləvi tədbirlər üçün olan qadağa qüvvədədir və hər həftə uzadılır.

Qran Priyə biletlər hələ də Monsta trasının rəsmi saytında satışdadır. Bütön həftəsonu üçün olan biletlər 95 avrodan, cümə günü məşqləri üçün olan biletlər isə 50 avrodan başlayır. Qeyd edək ki, bu mövsüm üçün olan təqvimdə İtaliya Qran Prisinə 6 sentyabrda yer verilmişdi və yarışın keçirilmə tarixində dəyişiklik olmayacağı gözlənilir.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*