K.Rəykkönen: “Çətin gün idi”

Ferrari komandasının sürücüsü Kimi Rəykkönen bildirib ki, cümə günü sərbəst yürüşləri çox pis keçib.

F-1.az xatırladır ki, finlandiyalı sürücü birinci sərbəst yürüşdə liderdən 1.1, ikinci sərbəst yürüşdə isə 0.398 saniyə geridə qalıb. 37 yaşlı sürücü gün ərzində 62 dövrə vurub.

Kimi Rəykkönen: “Bolidin daha balanslı olmasını istəyirəm. Bu gün heç asan deyildi. Şənbə günündən əvvəl çox işimiz var. Ümid edirəm ki, balansı düzəldərik. Sadəcə ön tərəf yox, ümumi balans güclü olmalıdır. Sabah və bazar günü işlərin necə təkmilləşdiyini görəcəyik. Hələ nəticələr barədə bir şey demək mümkün deyil. Rəqiblərimizin hansı proqramda işlədiklərini bilmirik. Asan gün deyildi”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*