Binottonu 3 nəfər əvəz edəcək?

İtaliyanın "Corriere dello Sport" nəşrinin yazdığına görə, Ferrari prezidenti Con Elkann istefa verən Mattia Binottonun yerinə eyni anda üç lider - baş menecer, komanda rəhbəri və texniki direktor axtarır.

F-1.az xəbər verir ki, Ferrari-nin keçmiş prezidenti Luka di Montedzemolo hazırkı vəziyyətdən narahatdır: “Ferrari-də baş verənlərdən təəssüflənirəm və bundan narahatam. Belə vaxtlarda Ferrari ilə həqiqətən maraqlandığım üçün şərh verməməyi üstün tuturam, amma qeyd etmək istəyirəm ki, mənə elə gəlir ki, bu, lidersiz şirkətdir”

Benedetto Vinya da Milanda bir universitetdə çıxışı zamanı Binottonu birdən çox şəxs tərəfindən əvəzlənə biləcəyinə işarə vurub.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*