Monakoda trasın konfiqurasiyası dəyişdirilib

Monako Qran Prisinin təşkilatçıları təsdiq ediblər ki, bu il yraış ərəfəsində şəhər trasının konfiqurasiyası təhlükəsizliyi artırmaq məqsədilə dəyişdirilib. Keçən il […]

Monako Qran Prisinin təşkilatçıları təsdiq ediblər ki, bu il yraış ərəfəsində şəhər trasının konfiqurasiyası təhlükəsizliyi artırmaq məqsədilə dəyişdirilib. Keçən il Serxio Peresin qəzasından sonra hamı tunelin çıxışındakı şikana və baryerin geri çəkilməsində israr edirdi, ona görə də artıq keçən il görüləcək qarşıdakı dəyişikliklər barədə bildirilmişdi.

Nəticədə baryer 14.6 metr geri çəkilib, əylənmə zonasında asfaltın üzü düzlənib – ölçmələr göstərib ki, hündürlük fəqri 20 santimetr olub. Boksdan çıxışın konfiqurasiyası da dəyişidirilib – bir neçə ağacı götürməklə çıxış düz və geniş alınıb, indi sürücülər trasa daha böyük sürətlə çıxa biləcəklər.

Trasdan kənar zonalar da yaxşı ilişmə imkanı verən xüsusi materialla örtülüb, işlənmiş təkərlərdən qurulan baryerlər isə TecPro baryerləri ilə əvəz olunub – keçən il Peres məhz bu baryerlərə çırpılmışdı…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*