Yas Marina avtodromu hökumətə satılıb

Ən müasir yarış kompleksi olan, keçən il Abu Dabi Qran Prisini qəbul etmiş avtodrom sahibini dəyişib. Əvvəlki mülkiyyətçi Aldar Properties […]

Ən müasir yarış kompleksi olan, keçən il Abu Dabi Qran Prisini qəbul etmiş avtodrom sahibini dəyişib. Əvvəlki mülkiyyətçi Aldar Properties şirkəti maliyyə böhranı keçirir, ona görə də Yas adasını və üzərində olan bütün mülkiyyətini Əmirliyin hökumətinə satmalı olub.

Maliyyə sənədlərinə görə, keçən il Abu Dabinin ən böyük şirkətlərindən biri olan Aldar gəliri əvvəlki illə müqayisədə dörd dəfə azalıb, son rübdə isə şirkət hətta ziyanla işləyib. Satışdan əldə olunmuş vəsaitlə şirkət bir çox borclarını bağlamağa ümid edir.

Avtodromun sahibinin dəyişməsinə baxmayaraq, bu il Abu Dabi Qran Prisi vaxtında keçiriləcək…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*