L.Stroll idmandan gedəcək?

Formula1 şərhçisi Devid Kroft bildirib ki, Ləns Stroll bir müddətdən sonra darıxıb başqa işlər görmək istəyəcək və Hülkenberq onu Aston Martin-də əvəz edəcək.

F-1.az bildirir ki, Hülkenberq Belçika yarışında Aston Martin-in düşərgəsindən görüntülənib. Lakin almaniyalı sürücü Formula1-də yarışmadığı illərdə “yaşıllar”ın ehtiyat pilotu idi.

Timo Qlok iddia edir ki, Niko Hülkneberq hazırda Aston Martin-in transfer siyahısındadır.

Kroft isə düşünür ki, Ləns Stroll gələn Formula1-dən bezəək və özünə başqa hobbi tapacaq, çünki Kroft inanır ki, kanadalı sürücünün artıq motivasiyası qalmayıb.

Devid Kroft: “Peletonda atasına götə yarışan və yerinin təminat altında olduğunu düşündüyümüz bir sürücü var. O, Lənsdir və onun müqaviləsi barədə danışamamışıq.

Onun gələcəyi barədə düşünməmişik, amma ürəyimə damıb ki, ilyarımdan sonra Ləns Stroll Formula1-dəki son yarışına çıxacaq və başqa işlərlə məşğul olmağa başlayacaq”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*