Monakoda sıralanma turu iki yerə bölünəcək?

Formula1 sürücüləri Monako Qran Prisi ərəfəsində sıralanma turunun qeyri-adi sxem üzrə keçirilməsi barədə FİA-ya müraciət edə bilərlər – sürücüləri dar […]

Formula1 sürücüləri Monako Qran Prisi ərəfəsində sıralanma turunun qeyri-adi sxem üzrə keçirilməsi barədə FİA-ya müraciət edə bilərlər – sürücüləri dar şəhər küçələrində trafik problemləri narahat edir…

Çempionatın ən maraqlı yarışlarından birinin startına bir həftə qalmış bir çox sürücülər liderlərlə autsayderlər arasında böyük sürət fərqinin olmasını önə çəkiblər. Onlar hesab edirlər ki, məhz bu səbəbdən sıralanma turunun ilk sessiyasında Monte Karlonun küçələrində təhlükəli vəziyyətlər yarana bilər.

Çempionatın ən yavaş Hispania komandasının sürücüsü Bruno Senna bildirib ki, bu gün axşam sürücülərin brifinqində bu mövzunu FİA-nın yarış direktoru Çarli Uaytinqlə müzakirə etmək niyyətindədir. O təklif edir ki, sıralanma turunun ilk sessiyasında dörd top komandanın sürücüləri çıxış etməsinlər, çünki onların ikinci sessiyaya keçməsi praktiki olaraq çox asandır. Yarno Trulli və Robert Kubitsa da eyni fikirdədirlər..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*