K.Horner: “Red Bull aktiv asılqanlardan istifadə etmir”

Red Bull komandasının rəhbərliyi əmin edir ki, RB6 maşınlarında bəzilərinin güman etdiyi aktiv asılqanalrdan istifadə olunmur, əgər rəqiblər bu qadağan […]

Red Bull komandasının rəhbərliyi əmin edir ki, RB6 maşınlarında bəzilərinin güman etdiyi aktiv asılqanalrdan istifadə olunmur, əgər rəqiblər bu qadağan olunmuş sistemi maşınlarına tətbiq etsələr, komanda rəqiblərinin hərəkətlərindən şikayət edəcək.

RB6-nın yüksək sürətini təhlil edən rəqiblər güman edirlər ki, maşınlarda xüsusi amortizatorlardan istifadə olunur – sıralanma turunda maşının klirensini idarə etmək mümkün olur. Paddokda şayiələr gəzir ki, Kristian Hornerin mütəxəssisləri sıxılmış qazdan istifadə edirlər ki, maşın yerə yaxınlaşdırılır, sıralanma turundan sonra isə hər hansı bir yolla (ya taymer işə düşür, ya temperatur cihazı bunu edir) qaz yox çıxır və maşın startdan əvvəl baklara yanacaq doldurmağa hazır olur.

Red Bull qadağan olunmuş texnologiyalardan istifadə edilməsini qəti təkzib edir: Malayziya Qran Prisi ərəfəsində FİA RB6-nı dərindən təftiş edib. Buna baxmayaraq, bəzi komandalar, xüsusən də McLaren, sıralanma turunda sürəti artırmaq üçün öz maşınlarının asılqanlarını təkmilləşdirmək niyyətindədir.

Kristian Horner: “Hər şey sadədir: bizdə belə bir sistem yoxdur. Əgər belə bir sistem McLaren maşınlarında Çində peyda olarsa, biz protest verəcəyik, çünki nəzəri cəhətdən bu sistem qeyri-leqaldır FİA-nın mütəxəssisləri şənbə günü axşam bizim maşınları yoxladılar, təftişin yekunları onları razı saldı: RB6-da qanundankənar heç nə yoxdur.”

İstisna deyil ki, bu həftə federasiya yeni texnologiyalar müharibəsinin başlanmasına son qoyacaq, federasiya belə bir sistemə qadağa qoymasa çempionat iştirakçılarının hamısı sıralanma turunda klirensi dəyişmək üçün sistemin tətbiqinə, yeni asılqanların hazırlanmasına başlayacaqlar.

Belə tədbirlər texniki reqlamentə dəyişiklik edilməsini tələb edir, bunun üçün komandaların hamısının yekdil razılığı lazımdır, ekspertlər hesab edirlər ki, bunu etmək çox çətin olacaq. Amma Horner bildirib ki, Red Bull bu sahədə FİA-nın təşəbbüsünü dəstəkləməyə hazırdır, çünki federasiya təsdiq olunmamış ittihamlara son qoya bilər…

Kristian Horner: “Mən istənilən qərarı dəstəkləyirəm, çünki çox güman ki, belə bir qərar bizə böyük məbləğlərə qənaət etməyə imkan verəcək.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*