FOTA FİA-nı kompromisə çağırıb

FOTA üzvləri FİA-ya məktub göndəriblər və federasiyanı qərar qəbul etmək müddətini iyulun 1-dək uzatmağı təklif ediblər, FOTA həm də məsrəflərə […]

FOTA üzvləri FİA-ya məktub göndəriblər və federasiyanı qərar qəbul etmək müddətini iyulun 1-dək uzatmağı təklif ediblər, FOTA həm də məsrəflərə nəzarətin öz variantını təklif edir…

Məktubda deyilir: “Bu məsələdə nöqtə qoymağın vaxtı çatıb, gələn ilin reqlamenti barədə müzakirələri baaş çatdırmaq lazımdır. Biz ümid edirik ki, siz bu təklifi nəzərə alacaqsınız, bu çempionata 2012-ci ilə qədər sadiqliyini təsdiq etməyə hazır olan hər bir komanda tərəfindən ümumi addımdır. Biz ümid edirik ki, siz bu təklifi nəzərə alacaqsınız ki, böyük avtoistehsalçılar çempionatdan getməsinlər. Məsələnin ağıllı və cəld həllini tapmaq vaxtı yetişib.

Biz qərara almışıq ki, belə bir həlli FOTA-nın təklif etdiyi resursların məhdudlaşdırılması sxeminə əsasən tapmaq olar. Biz müstəqil audit sahəsində aparıcı auidit şirkətlərindən birini dəvət edəcəyik ki, onlar bütün komandaların istifadə edəcəkləri nəzarət metodunu hazırlasınlar.

Bu metod və auiditin illik nəticələri FİA üçün açıq olacaq… Biz belə bir sxemin hər iki tərəfi qane edəcəyini düşünürük…”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*