M.Mosli gedir və qayıtmayacağını vəd edir

Londonun The Times qəzeti dünənki hadisələri təhlil edərək yazıb ki, Maks Mosli FİA prezidenti postinda sadəcə getməyə razı olmayıb: o […]

Londonun The Times qəzeti dünənki hadisələri təhlil edərək yazıb ki, Maks Mosli FİA prezidenti postinda sadəcə getməyə razı olmayıb: o həm də gələcəkdə federasiyanın hər hansı bir strukturunda istənilən vəizfəni tutmayacağını da vəd etməyə məcbur olub…

Əvvəllər bir neçə dəfə Mosli son anda qərarını dəyişərək prezidentliyə namizədliyini irəli sürürdü, amma bu dəfə komandalar ondan zəmanət alıblar, amma məlum deyil ki, hansı şərtlər daxilində. FİA prezidentliyinə seçkilər oktyabrda olmalıdır və bizi Maks Moslinin varisi barədə aktiv müzakirələr gözləyir.

Xatırladaq ki, dünən Mosli bildirib: “Hələ məlum deyil ki, mənim yerimə gələcək adam bütün komandaları qane edəcəkmi?” The Times-ın yazdığına görə, bəzi ekspertlər hesab edirlər ki, bu kəlmə Jan Todta ünvanlanıb, məhz Janı çoxdan FİA prezidentliyinə namizəd görürlər. Amma Ferrari-nin keçmiş başçısı bəzi komandaları qane etməyə bilər…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*