Mercedes yeni maşının təqdimat tarixini elan edib

Komandanın bu il yarışacağı bolid Mercedes-AMG F1 W12 E Performance adlandırılacaq və martın 2-də onlayn rejimdə təqdim olunacaq.

F-1.az bildirir ki, ardıcıl səkkizinci dəfə həm sürücülər çempionatında, həm də Mühəndislər Kubokunda qalib gəlmək istəyən Mercedes yeni maşını digər təqdimat tarixini açıqlayan komandalardan xeyli gec – martın əvvəlində tanıtmaq qərarına gəlib. Təqdimat zamanı maşının şəkilləri, texniki göstəricilərinin təqdim edilməsi ilə yanaşı, sürücülərin müsahibəsinin də təşkil olunacağını vəd edib. Buna əsasən deyə bilərik ki, Lyuis Həmiltonun gələcəyi ilə bağlı qərar marta qədər məlum olmalıdır.

Maşının adlandırılması ilə bağlı bunlar qeyd edilib: “E Performance” bizim gələcəkdəki bütün hibrid yol maşınlarında istifadə edəcəyimiz addır. W12 isə bu adı daşıyan ilk Formula1 maşını olacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*