17 Oktyabr 2019, Cümə axşamı - 09:59

Mercedes GP ümid edir ki, liderlərə çatacaq

Mercedes GP ümid edir ki, liderlərə çatacaq

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

09:38 - 21 Mart, 2010

Mercedes GP komandası əmindir ki, Bəhreyn Qran Prisində zəif təəssürat bağışlasa da, bu il titul uğrunda mübarizədə iştirak etmək iqtidarındadır. […]

Mercedes GP komandası əmindir ki, Bəhreyn Qran Prisində zəif təəssürat bağışlasa da, bu il titul uğrunda mübarizədə iştirak etmək iqtidarındadır. Bəhreyndə Niko Rosberq və Mixael Şumaher 5-ci və 6-cı yerləri tutublar, amma yarışın gedişində Red Bull, Ferrari və McLaren-dən olan rəqiblərinə ciddi uduzublar. Liderlərdən geriqalma nəzərəçarpacaq dərəcədə böyükdür, ona görə də komanda maşını təkmilləşdirmək üçün ciddi çalışmalıdır, amma komandanın icraçı direktoru Nik Fray tərəddüd etmir ki, komanda buna qadirdir…

Nik Fray: “Məncə, ümumən Bəhreyndə hər şey gözlədiyimiz kimi oldu. Maşının etibarlılığı nikbin olmağa əsas verir, boz xeyli xal qazandıq və Mühəndislər Kubokunda hələlik üçüncü yerdəyik. Ona görə də biz çox məyus olmamışıq.

Sözsüz ki, biz MGP W01 üzərinə işimizi davam etdirməliyik, maşının konkret çatışmazlıqları var. Texniki məsələlərə həsr olunmuş brifinqdə mən işlənməli olan bir çox xırdalqılar eşitdim, amma biz bunun öhdəsindən gələcəyik.

Komandanın daxilində isə heç bir problem yoxdur, biz dəqiq bilirik ki, nə etmək lazımdır və biz buna nail olmağı təsəvvür edirik. Biz artıq yaxın yarışlarda geriqalmanı aradan qaldırmağa çalışacayıq, hərçənd, rəqiblərimizdən xəbərsizik. Lakin biz müəyyən plan üzrə gedəcyik.

Düşünürəm ki, bizim fantastik mühədnis komandamız, əla istehsalat bazamız və hazır planımız var, amma zaman göstrəəck ki, görəcəyimiz tədbirlər kifayət edəcəkmi. Amma biz öz gücümüzə inanırıq.

Mixael Şumaherin ilk yarışdan sonra əhvalı əla idi. Əsas odur ki, o nəticədən razı qalıb. Mixael qayıtmaq istəyirdi, ona görə də qayıdıb. Məncə, Bəhreyndə aydın oldu ki, o builki yarışlardan həzz alacaq.

Bu komandanı da çox ruhlandırır. Finişdən sonra Mixael yorğun görünmürdü, axşam isə Rossla və mühəndislərlə birlikdə brifinqdə texniki problemləri müzakirə edirdi və birinci dərəcəli işlərin siyahısını tərtib ediblər. Bütün bunlar əvvəlki vaxtları xatırladırdı.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 280
Teqlər
Paylaş

logo