Malayziyada stüardlara C.Herbert kömək edəcək

FİA-nın hakimlərinə dünya çempionatının yarışlarında kömək etməyə çağırılan üçüncü sürücü Conni Herbert olub. Conni 1989-2000-ci illərdə Formula1-də 100-dən artıq Qran […]

FİA-nın hakimlərinə dünya çempionatının yarışlarında kömək etməyə çağırılan üçüncü sürücü Conni Herbert olub. Conni 1989-2000-ci illərdə Formula1-də 100-dən artıq Qran Pri keçirib və 3 qələbə qazanıb, 45 yaşlı sürücü hələ də müxtəlif seriyalarda sükan arxasına oturur, indi isə “sütardların köməkçisi” rolunda Alen Prost və Tom Kristenseni əvəz edəcək.

Təcrübəli sürücüləri stüardlara köməkçi kimi cəlb etmək təşəbbüsünü federasiya mövsümdən əvvəlki müzakirələrdə irəli sürmüşdü. Hesab olunur ki, keçmiş sürücülərin təcrübəsi bəzi qərarların qəbul olunmasında heç bir vaxt yarışda iştirak etməyən hakimlərə kömək edəcək. Hələlik Bəhreyn və Avstraliyada mübahisəli problem olmayıb.

Lakin sürücülər özləri bu təşəbbüsü pozitiv qiymətləndirdilər, Alen Prost və Dəymon Hill isə mövsümün gedişində istənilən zaman hakimlərə kömək etməyə hazır olduqlarını bildirdilər. Qarşıdakı yarışda FİA-nın nümayəndələrinə – avstraliyalı Qərri Konnelliyə, çex Radovan Novaka və malayziyalı Abdul Malik Yusufa keçmiş sürücü Conni Herbert kömək edəcək.

Conni son illərdə müxtəlif yarışlarda gücünü sınayır, 2006-cı ildə Lə Manda qalib gəlib, 2008-ci ildə Speed-Car seriyasında çempion olub. Keçən bazar günü o İtaliyanın SuperStars çempionatında debüt edib, amma Monsada uğur qazana bilməyib…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*