Rəsmən: Druqoviç Aston Martin-ə qatılıb

Formula2 üzrə 2022-ci ilin Dünya Çempionu Felipe Druqoviç artıq Aston Martin-in gənc sürücü akademiyası qatılıb.

F-1.az bildirir ki, brazliyalı sürücü Montsada gözəl performans göstərib və Formula2 üzrə 2022-ci ilin Dünya Çempionu olub. Bunu görən Aston Martin gənc sürücünü əldən buraxmayıb.

Felipe artıq Aston Martin-in ehtiyat sürücüsüdür. O, Əbu Dabidə birinci sessiyada Ləns Strollu əvəz edəcək və oradakı mövsümsonu testlərində AMR22-nin sükanı arxasına keçəcək.

Felipe Druqoviç: “Aston Martin-in gənc sürücü proqramına qatılmaq mənim üçün böyük fürstədir. Onların hesabına təcrübə qazana bilərəm. 2023-cü il mənim üçün öyrənmə ili olacaq.

Formula1 komandası ilə birlikdə işləyəcəm, amma əsas hədəfim öyrənmək və təkmilləşməkdir. Ümid edirəm ki, Formula1-də yarışmaq fürsətim olar”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*