Aston Martin-in şikayəti rədd edilib

Aston Martin komandası Sebastyan Fettelin Macarıstan yarışından xaric edilməsinə görə FİA-ya apellyasiya vermişdi

F-1.az bildirir ki, FİA komandanın təqdim etdiyi arqumentləri əsaslı saymadığından Macarıstan Qran Prisinin protokollarından Sebastyan Fettelin adının xaric olunması əleyhinə Aston Martin komandasının qaldırdığı iddianı geri qaytarıb.

Hərçənd, komandanın hələ FİA-nın Beynəlxalq Apellyasiya Məhkəməsinə müraciət etmək ixtiyarı var.

Bu gün son yarışın stüardları komandanın təqdim etdiyi yeni arqumentləri dinləyiblər və onları doğrudan da yeni hesab etsələr də, işə yenidən baxmaq üçün tutarlı hesab etməyiblər. Reqlamentdə birbaşa yazılıb ki, yarışdan sonra yanacaq çənindən 1 litr yanacaq maneəsiz götürülməlidir, lap yanacaq çənində normadan artıq olsa belə, az gəlsə, bu stüardların deyil, komandanın problemidir…

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*