FİA mövsümiçi testlərin qrafikini təsdiq edib

Ötən il olduğu kimi, bu il də komandalara mövsüm ərzində iki dəfə ikigünlük olmaqla, ümumilikdə 4 günlük test imkanı veriləcək.

F-1.az xəbər verir ki, FİA bu il baş tutacaq mövsümiçi testlərin qrafikini təsdiqləyib. Testlər keçiriləcəyi traslarda əsas yarışlardan sonrakı günlərdə – 18-19 aprel tarixlərində Sahirdə, 1-2 avqust tarixlərində Hunqarorinqdə olacaq. Mövsümün son yarışı başa çatdıqdan sonra – noyabrın 28-də və 29-da isə Pirelli-nin 2018-ci il üçün hazırlayacağı təkərlər sınaqdan keçiriləcək.

Qeyd edək ki, komandalar dörd test gününün ikisində gənc – FİA-nın qaydalarına görə, maksimum 3 yarışa çıxan sürücülərdən istifadə etməlidirlər.

Testlər
Qış testləri
27 fevral – 2 mart Barselona
7-10 mart Barselona
Mövsümiçi testlər
18-19 aprel Bəhreyn
1-2 avqust Hunqarorinq
2018-ci ilin təkərlərinin testləri
28-29 noyabr Əbu Dabi
, , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*