23 Sentyabr 2019, Bazar ertəsi - 06:54

Malayziya hökumətdən kömək gözləyir

Malayziya hökumətdən kömək gözləyir

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

09:11 - 28 Fevral, 2011

Sepanq yaış kompleksinin başçısı Razlan Razali etiraf edib ki, avtodrom əvvəlki cazibədarlığını itirib və tamaşaçılar yarışın gedişini televizor qarşısında izləməyə […]

Sepanq yaış kompleksinin başçısı Razlan Razali etiraf edib ki, avtodrom əvvəlki cazibədarlığını itirib və tamaşaçılar yarışın gedişini televizor qarşısında izləməyə üstünlük verirlər, tribunalarda isə boş yerlərin sayı ilbəil artır, hərçənd, bir neçə il əvvəl Malayziya trası başqalarına nümunə kimi göstərilirdi.

Malaziyada yarışı izləmək üçün tamaşaçı cəmi 19 dollarlıq bilet almalıdır, buna baxmayaraq, 130 minlik tribunalar dolmurş Keçən il avtodroma 3 gün ərzində cəmi 97 min tamaşaçı gəlmişdi, bir il əvvəl isə 126 min, 2006-cı ildə isə 140 min.

Geriləmə aşkardır, amma avtodrom rəhbərliyinin hökumətdən trasın rekonstruksiyasına 60 milyon dolların ayrılması xahişi rədd olunub, təşkilatçıların özünün isə bu qədər vəsaitləri yoxdur…

Razlan Razali: “Bizim avtodrom əvvəlki cazibədarlığını itirib, təqvimdə Sinqapur Qran Prisinin olması bizim biznesi lap zəiflədib, amma əsas düşmənimiz televiziyadır, indi çoxları yarışı evdən daha rahat şəraitdə izləməyə üstünlük verirlər.

Yağış yağarkən örtükdən su damır və azarkeşlər narazı qalırlar. Avtodrom tələm-tələsik tikilmişdi, bu isə işlərin keyfiyyətində özünü göstərir.

Çox güman ki, müqavilənin 2015-ci ildə qurtarmasına qədər biz gecə yarışı təşkil etməliyik – soyuq hava tribunlara daha çox tamaşaçı cəlb edə bilər. Formula1 yarışı bizim üçün mənfəət gətirmir, amma ölkənin iqtisadiyyatı üçün çox vacibdir.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 300
Teqlər
Paylaş

logo