Ferrari Fyoranoda test edəcək

Ferrari gələn həftə 2018-ci il maşını ilə Fyoranoda test edəcək.

F-1.az bildirir ki, testlərdə 7 sürücü – Karlos Sayns, Şarl Lekler, Mik Şumaxer, Julyano Alezi, Markus Armstronq, Robert Şvartsman və Kalium Aylot – iştirak edəcək.

Testlərin əsas məqsədi Karlos Saynsın Ferrari bolidini tanımasına kömək etməkdir. Düzdür, bolid 2018-ci ilin bolididir. Lakin, bu maşının hesanına Sayns Ferrari-nin sistemləri ilə tanış olacaq. Sayns SF71H-ın sükanının arxasına üçüncü gün keçəcək və bolidi günyarım sürəcək.

Şarl Lekler isə həftənin ikinci günü maşını sürəcək. Bazar ertəsi isə Julyano Alezi, Markus Armstronq və Robert Şvartsman iş başında olacaqlar. Mik Şumaxer də Ferrari bolidi ilə günyarım – cümə axşamı və cümə günü – keçirəcək. Cümə günü nahardan sonra isə Kalyum Aylot test həftəsini bağlayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*