M.Uoker müasir Formula1-dən razıdır

Məşhur Formula1 şərhçisi Marri Uoker bildirib ki, o, Formula1-ə qarşı edilən tənqidləri anlaya bilmir...

F-1.az xatırladır ki, Formula1-də iki ildir ki, Mercedes AMG komandası hegemonluq edir və bu F1 Dünyasının tənqidinə səbəb olur. Tənqidçilər arasında Formula1-in rəhbəri Berni Ekklstoun da var.

Amma Uoker bu fikirlərlə raz deyil: ” Berninin açıqlamaları məyusedicidir və yersizdir. Berni öz xeyrini güdür. O, bəlkə də, çalışır ki, CVC-nin idmanın səhmlərini satmaq planlarına təsir etsin.

Amma əgər sizi böyük kütlə izləyirsə, siz mənfi rəylər verməməlisiniz, əksinə, müsbət rəylər verməlisiniz. Sizin vəzifəniz bu olmalıdır.

Alfa Romeo 1950-ci illərdə bütün titulları qazanırdı, ya da Mercedes 1950-ci illərdə də çox sürətli idi. Keçən il o illərdən darıxdırıcı deyildi. Mixael Şumaxer də 2000-2005-ci illər arasında bütün titulları qazanmışdı. Sadəcə hamı çalışır ki, Mercedes AMG-nin qələbə seriyasını saxlasın.

Nə olduğunu və Mercedes-in hegemonluğu nə vaxt bitəcək, bilmirəm. Amma onlar həmişə qazana bilməzlər. Ferrari çox güclüdür və ümid edirəm ki, Mercedes-i məğlub edəcək”.

, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*