Mercedes rəqiblərinin yeniliklərinə cavab verməyə hazırlaşır

Mercedes Motorsport-un rəhbəri Toto Volff bildirib ki, onlar İspaniya QP-yə yeniliklərlə gələrək, rəqiblərinə cavab verəcəklər...

F-1.az xatırladır ki, Toto Volff istəyir ki, komandası ilk 4 yarışda 4 qələbə qazandıqdan sonra Avropa yarışlarında daha dəqiq sıralanma bilinsin.

Qeyd edək ki, bütün komandalar Barselonaya yeniliklərlə gələcəklər. Toto Volff bildirib ki, Mercedes bu vəziyyətdən razı deyil: “Növbəti həftələrdə fərqli komandalardan və fərqli mühərrik istehsalçılarından böyük yeniliklər görəcəyik və buna görə də biz əsl sıralanmanı görəcəyik.

Buna görə də Barselona maraqlı həftəsonu olacaq və biz buna hazır olmalıyıq.

Mühəndislər çempionatında böyük fərqlə birinci yerdəyik. Sürücülər çempionatında ilk iki pilləni tutmuşuq. Buna görə də daha artığını istəyə bilmərik.

Ancaq olduğumuz yerdə də saymamalıyıq. Bəzi problemlərimiz oldu və onları həll etmək üçün çox işləməliyik.

Bəzi rəqiblərimizin nəfəslərini artıq hiss edə bilirik. Onlar bizi amansız şəkildə izləyirlər.

Qaydalar stabil qaldıqca, əlavə güc tapmaq da çətinləşir.

Rəqabətədavamlı qalmaq üçün son həddə qədər işləyirik, ancaq son həddə işlədiyinizdə risklərlə üzləşə bilərsiniz.

Bütün komanda həm şassinin, həm də mühərriyin üzərində çoxlu işləyir. Biz çalışırıq ki, dözümlülüyü qorumaq şərti ilə milli saniyələr qazanaq”.

 

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*