Ş.Lekler: Çox gərgin idi

Ferrari komandasının sürücüsü Şarl Lekler cümə sərbəst yürüşlərindən həzz alıb.

F-1.az xatırladır ki, monakolu sürücünü birinci sərbəst yürüşlərdə Şvartsman əvəz edib. İkinci sərbəst yürüşlərdə sükan arxasına qayıdan Şarl itiridiyi vaxtı 37 dövrə vuraraq, kompensə edib.

Şarl Lekler: “Çox gərgin idi. İndiyə kimi qatıldığım ən gərgin ikinci sessiya oldu. Lakin həzz aldım. Çoxlu dövrə vurduq və təkər istifadə etdik. Prorotip təkərləri də test etdik.

Ümumilikdə yaxşı gün idi. Boliddə özümü yaxşı hiss etdim. İkinci sessiyada çox dövrə vuraraq, ilk sessiyadakı itkini kompensə edə bildik. Şənbə günü inkişaf etməliyik. Özümü yaxşı hiss edirəm. Ümid edirəm ki, şənbə günü yaxşı keçəcək”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*